Ramazanov milli komandaya çağırıldı
31.07.2009 - 10:12
Ramazanov milli komandaya çağırıldı
Azərbaycan milli komandasının heyəti açıqlanıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, 19 yaşadək futbolçulardan ibarət yığmaya cəmi 16 futbolçu çağırıb. Avqustun 7-dən 8-dək Sumqayıtda hazırlıq keçəcək komandamız, 9-dan 16-qədər Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışında daha geniş heyətlə iştirak edəcək.

Belə ki, Andrey Popoviç, Anar Məhərrəmov, Vəfadar Quliyev, Pərviz Bayramov, Elton Yaqublu, Kamil Hüseynov, Amit Quluzadə, Sabir Ramazanov, Eldar İsmayılov, Orxan Həsənov, Rəşad Eyyubov, Emin Mehdiyev, Cavidan Musazadə, Vüsal Səfərov, Tərlan Quliyev, Mirhüseyn Seyidovdan ibarət “16-lığ”a avqustun 9-da daha 4 nəfər əlavə olunacaq. Qara Qarayev, Fariz Məmmədov, Kamil Nurəhmədov və Tural İsgəndərov U-21-in təlim-məşq toplanışına cəlb olunduğu üçün U-19-un düşərgəsinə avqustun 9-da yollanacaq.

Qeyd edək ki, yığmamız Belarusdakı hazırlıq prosesi çərçivəsində avqustun 11-də, 13-də və 15-də yoldaşlıq oyunu keçirəcək.
0