Elano “Qalatasaray”a keçidinin səbəbini açıqladı
31.07.2009 - 15:27
Elano “Qalatasaray”a keçidinin səbəbini açıqladı
Braziliyalı futbol ulduzu Elano Blumer “Qalatasaray” klubuna keçidinin səbəbini açıqlayıb. Apasport.az saytının məlumatına görə, təcrübəli hücumameyli yarımmüdafiəçi son komandası “Mançester Siti”nin yay fasiləsində heyətinə xeyli futbolçular qatandan sonra daha çox ehtiyatda qalacağı ilə barışıb.

Milli komandada yerini itirmək istəməyən Elano baş məşqçi Karlos Dunqa ilə danışıb və məhz onun məsləhəti ilə “Qalatasaray”a keçib: “Dunqa mənə dedi ki, əgər klubumda oyun praktikası qazanmasam, dünya çempionatında iştirak edəcək heyətdə yer almağım çətin olacaq. Mən Cənubi Afrika Respublikasına yollanmağı arzulayıram. Deməli, mənə daim meydana çıxmaq lazımdır. Mənim “Mançester Siti” klubunun baş məşqçisi Mark Hyuzla heç vaxt problemim olmayıb. Ancaq o, mənə sonadək inanmırdı”.

Qeyd edək ki, Elano ötən ay Braziliya milli komandasının heyətində Konfederasiyalar Kubokunun qalibi olub.
0