Hakimi yıxdı, ömürlük cəza aldı
31.07.2009 - 15:36
Hakimi yıxdı, ömürlük cəza aldı
Çinli futbolçu Çjao Şitun hakim Xe Çjibyaonun üzərinə hücum etdiyi üçün ömürlük cəzalandırılıb. Apasport.az saytının məlumatına görə, insident futbolçunun çıxış etdiyi Tyantczin və Pekin şəhərinin komandalarının görüşü zamanı baş verib. Nəticədə 9 futbolçu cəzalanıb. Oyunun sonunda pekinlilər hesabda 3:1 irəlidə olan zaman baş hakim digər komandanın bir futbolçusuna qırmızı vərəqə göstərib. Futbolçular hakimin bu qərarına etiraz etməyə başlayıb və meydandan qaçan referiyə hücum etməyə cəhd ediblər. Bunlardan ən inadkarı Şitun olub və ədalət təmsilçisini yerə yıxıb. Futbolçunun hakimi vurmasına yaxınlıqda olan insanlar imkan verməyib. Şitunun 6 komanda yoldaşı minimum iki illiyə diskvalifikasiya olunub, üç futbolçu isə 5-6 oyunluğa kənarlaşdırılıb.

Qeyd edək ki, Çində milli oyunlar ildə dörd dəfə keçirilir. Futbol yarışlarında bir qayda olaraq aşağı liqalardan gənc futbolçular iştirak edir. Onlar ölkənin aparıcı klublarının diqqətini cəlb edəcəklərinə ümid edirlər.
0