Rauf Mehdiyevə nə olub?
16.08.2009 - 13:49
Rauf Mehdiyevə nə olub?
"Simurq"un qapıçısı Rauf Mehdiyev Premyer Liqanın ilk turunda komandasına kömək edə bilməyəcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının düşərgəsində dizindən zədələnən Mehdiyev bu gün "Qəbələ" ilə keçiriləcək oyunu buraxacaq. Hazırda yüngül qaçışla kifayətlənən Raufun "Muğan"la 2-ci turun matçına qədər sıraya dönəcəyi gözlənilir.
0