Milli komandamız “Kuban”a qarşı
16.08.2009 - 15:13
Milli komandamız “Kuban”a qarşı
Avqustun 28-dən 30-dək Rostovda Rusiyanın əməkdar məşqçisi İqor Yeskovun xatirəsinə həsr olunmuş həndbol üzrə beynəlxalq turnir keçiriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması, Moskvanın “Luç”, Krasnodarın “Kuban”, Maykopun “AQU-ADIİF”, Krivoy Roqun “SMART” və Rostov şəhərinin “Rostov-Don” komandaları turnirdə iştirak edəcəklərini təsdiqləyib.
AzərTac
0