Ramiz Məmmədov: 6-7 futbolçumuz oynamasa da, startda 3 xal qazandıq
16.08.2009 - 19:23
Ramiz Məmmədov: 6-7 futbolçumuz oynamasa da, startda 3 xal qazandıq
“Oyuna yaxşı başladıq. Futbolçular verdiyim tapşırıqlar 80-90 faiz yerinə yetirdilər”. Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ” klubunun baş məşqçisi Ramiz Məmmədov deyib.

Premyer Liqanın ilk turu çərçivəsində Mingəçevirdə “Simurq” üzərində qazanılan 2:1 hesablı qələbədən sonra keçirilən mətbuat konfransında Məmmədov nəticədən razı qaldığını bildirib: “Yaxşı oldu ki, startda 3 xal qazandıq. Bu, çox önəmli idi. 6-7 futbolçumuz bu matçda oynaya bilmədi. Buna da səbəb onların transfer vərəqələrinin gəlməməsidir. Buna baxmayaraq, 3 xal qazandıq və nəticədən razıyam”.
0