“Saturn” - “Spartak” matçında kuryoz hadisə: Penaltini azarkeş vurdu - VİDEO
23.09.2009 - 10:29
“Saturn” - “Spartak” matçında kuryoz hadisə: Penaltini azarkeş vurdu - VİDEO
Rusiya Premyer Liqasında “Saturn” - “Spartak” matçında kuryoz hadisə baş verib. Apasport.az saytının məlumatına görə, meydan sahiblərinin qalib gəldiyi (2:1) görüşün 52-ci dəqiqəsində “Spartak”ın braziliyalı futbolçusu Aleks penalti zərbəsini vurmağa hazırlaşdığı vaxt meydana azarkeş girib. 11 metrlik nöqtəyə yaxınlaşan azarkeş qüvvətli zərbə ilə topu qapıdan keçirdikdən sonra qol sevincini meydanda qaçaraq qeyd edib. Hər iki komandanın futbolçuları azarkeşin hərəkətini təəccüblə izləyib.

Qeyd edək ki, az öncə Türkiyənin Banks Asiya I liqasında da buna bənzər olay baş vermişdi. Meydana girməklə penalti zərbəsinin vurulmasının qarşısını alan həmin azarkeş hakimin qərarına etiraz edirdi.
0