Vaqif Sadıqov: Həqiqətən də çətin vəziyyətdəyik
22.10.2009 - 23:04
“Həyatda birdən-birə heç nəyə nail olmaq olmur. İşin bəhrəsini görmək üçün vaxt lazımdır. Hazırda komanda uğursuz çıxış edirsə, günahı kiminsə üzərində atmaq da istəməzdim”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun baş məşqçisi Vaqif Sadıqov deyib.
Üç müxtəlif vaxtda milli komandamızı çalışdırmış təcrübəli mütəxəssis flaqmanın sükanı arxasına qayıtdıqdan sonra hər iki oyunda uduzub. Bu görüşləri səfərdə keçirən “ağ-qaralar” Ağdamda “Qarabağ”a, Qəbələdə eyniadlı komandaya 0:1 hesabı ilə yenilib. Sadıqov çətinlikdən çıxmaq üçün əllərindən gələni etdiklərini bildirib: “Ən vacibi odur ki, problem var və bunun aradan qaldırmağın yollarını axtarırıq. Uğursuzluğun səbəblərindən danışsaq, onda gərək keçmişə qayıdaq. Mən isə edilən səhvlərdən danışmaq, günahı kiminsə boynuna yıxmaq istəmirəm. Bu gün bizə nəticə qazanmaq, bunun üçünsə qol vurmaq lazımdır. Onu deyə bilərəm ki, son oyunlarda məğlubiyyətə layiq deyildik. Sadəcə, ələ düşən imkanlardan istifadə etmək lazımdır. Biz isə hər oyunda bir yox, bir neçə qol imkanı yaradırıq. Ancaq təəssüf ki, bunların heç olmasa birindən də istifadə edə bilmirik. Futbolçularımızdan Rəşad Abdullayev, Adrian Nyaqa, Valentin Atemin qol vurmaq üçün yaxşı imkanları olub”.
“Qarabağ”la səfər oyununda yüz faizli qol imkanını qaçırmaqla komandasını məğlubiyyətdən xilas etməyən Rəşad Abdullayevin Qəbələdəki görüşdə buraxdığı səhv nəticəsində rəqib qol vurub. Ancaq Sadıqov hələ yığmalardan yaxşı tanıdığı Rəşadı, ümumiyyətlə, futbolçuları təqsirləndirməyi düzgün saymır: “Bilirsiniz, səhv hamıda olur. Rəşad bunu bilərəkdən etməyib ki... O da istəməzdi ki, belə olsun. Ancaq səhvdən heç birimiz sığortalanmayıb”.
“Neftçi”nin sükanı arxasına çətin oyunlar seriyası ərəfəsində girən 50 yaşlı məşqçinin növbəti ciddi sınağı bazar günü olacaq. Belə ki, flaqman həmin gün prinsipial rəqiblərindən olan “Bakı”nın qonağı olacaq. Sadıqov hazırkı vəziyyətdə qələbə qazanmağın çətin olduğunu gizlətmir: “Həqiqətən də indi çətin vəziyyətdəyik, psixoloji gərginlikdəyik. Məğlubiyyətlər sıralananda isə bu, gərginlik artır. Bundan çıxmaq üçün mütləq qələbə qazanmaq lazımdır. Bu zaman rahat nəfəs alıb, işimizi davam etdirəcəyik. Ancaq nəticə futbolçular nəticə qazanmaq baxımından təzyiq altında olanda səhv etməkdən qorxurlar”.
Qeyd edək ki, “Neftçi” artıq ardıcıl üç oyundur meydanı məğlub tərk edir. Bu uğursuz seriya evdə Salyanın “Muğan” klubu ilə görüşdə (0:2) başlayıb və bundan sonra istefaya göndərilən Böyükağa Ağayevin əvəzinə baş məşqçi Vaqif Sadıqov təyin olunub.

0
0