“Azərbaycanla Sloveniya arasında paralel aparmaq istəməzdim”
21.10.2009 - 12:16
“Azərbaycanla Sloveniya arasında paralel aparmaq istəməzdim”
“Mən Azərbaycan yığması ilə son oyunumuz və Sloveniya milli komandası ilə gələcək pley-off görüşləri arasında paralellər aparmaq istəməzdim. Bu, tamamilə fərqli vəziyyətdir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiya yığma komandasının sabiq məşqçisi Sergey Pavlov deyib.

Rusiyanın bir sıra klublarında, o cümlədən Moskva “Spartak”ında çalışmış Pavlov ölkəsinin milli komandasının 2010-cu il dünya çempionatının seçmə mərhələsində Azərbaycanla Bakıdakı görüşündə nəticədən (1:1) narazı qalıb. Bununla belə, Pavlov yığmasına haqq qazandırmağı da lazım bilir: “Rusiya yığması Bakıda artıq heç bir vəzifə yerinə yetirmirdi. Buna görə də futbolçularımızda böyük ölçüdə sadəcə, motivasiya çatmadı. Hesab edirəm ki, slovenlərə qarşı bütün ciddiliyi ilə yanaşmaq lazımdır. Hərçənd, yığmamız hazırda yüksək reytinqə malikdir, sözün əl mənasında güclüdür və yaxşı futbol göstərir. Hamı Ukrayna ilə qarşıdurmadan ciddi qorxurdu. Əminəm ki, Rusiya onu da ciddi problemsiz keçərdi. Biz istənilən rəqiblə oyunda aşkar favorit olardıq. Ancaq istənilən rəqibə hörmət etmək lazımdır. Hazırkı vəziyyətdə isə Sloveniyaya”.
0