Azərbaycan yığmasının futbolçusu əsgərliyə gedir
21.10.2009 - 12:56
Azərbaycan yığmasının futbolçusu Cavid Hüseynov həqiqi hərbi xidmətə çağırılıb. Apasport.az saytının xəbərinə görə, hazırda Bakının “İnter” komandasının şərəfini qoruyan 21 yaşlı yarımmüdafiəçi bildirib ki, Salyanda qulluq edəcək: “Əslində, hərbi xidmətə çoxdan getməli idim. Milli komandanın oyunları ilə əlaqədar mənə möhlət vermişdilər. Artıq yığmanın oyunları başa çatdığından əsgərliyə yollanmalıyam. Oktyabrın 23-də Salyanda olmalıyam”.
Hüseynov əsgərlik dövründə futbol oynamağının ondan asılı olmadığını bildirib: “Bu məndən asılı deyil. Əgər AFFA kömək etsə, bu mümkün olar. Əks halda, hərbi xidmətimi sıravi əsgər kimi çəkəcəyəm”.
Mənbə: “Çempion” qəzeti

- 15 qurtarış! - Kurasao qapıçısı matçın oyunçusu seçildi
- 156 minlik ölkədən tarixi nəticə - Kurasao DÇ-da ilk xalını qazandı
- Tonali uğrunda mübarizə - "Tottenhem"dən 75 milyonluq təklif
- Kloppdan Türkiyə sözləri - “Təzyiqə dözə bilmədilər”
- Çalhanoğlunun həyat yoldaşından sərt reaksiya: "Dünən alqışlayırdınız..."
0
0