Hansı futbolçunun beyni silkələnib?
21.10.2009 - 14:09
Unibank Premyer Liqasının III turunun Sumqayıtda keçirilən oyununda “Standard”la görüşən Zaqatala “Simurq”una qələbə baha başa gəlib. Apasport.az saytının məlumatına görə, komandanın gürcüstanlı müdafiəçisi Kaxaber Çxetiani yüngül beyin silkələnməsi keçirib. Durumu naməlum olan futbolçunun növbəti turda oynayıb-oynamayacağı məlum deyil. Müdafiəçi hətta "Xəzər Lənkəran"la qarşılaşmanı buraxa bilər. Çünki həkimlər futbolçunun ən azı bir həftə ərzində meydançaya çıxmasını məsləhət görmürlər. Buna baxmayaraq, Kaxaberin iynə gücünə oynaması da mümkündür.
Yeri gəlmişkən, son qələbədən sonra birgünlük istirahət alan "Simurq" artıq sabah Lənkərana yola düşür. Zaqatalalılar elə həmin gün Lənkəranda ilk məşqinə də çıxacaq.
Yeri gəlmişkən, son qələbədən sonra birgünlük istirahət alan "Simurq" artıq sabah Lənkərana yola düşür. Zaqatalalılar elə həmin gün Lənkəranda ilk məşqinə də çıxacaq.
- 15 qurtarış! - Kurasao qapıçısı matçın oyunçusu seçildi
- 156 minlik ölkədən tarixi nəticə - Kurasao DÇ-da ilk xalını qazandı
- Tonali uğrunda mübarizə - "Tottenhem"dən 75 milyonluq təklif
- Kloppdan Türkiyə sözləri - “Təzyiqə dözə bilmədilər”
- Çalhanoğlunun həyat yoldaşından sərt reaksiya: "Dünən alqışlayırdınız..."
0
0