İki futbolçumuz Rusiya Premyer Liqasında!
21.10.2009 - 14:28
Azərbaycan yığmasının 2 futbolçusu Rusiyanın “Terek” klubunun maraq dairəsindədir. Bu barədə apasport.az saytına eksklüziv açıqlamasında Qroznı təmsilçisinin vitse-prezidenti Haydar Alxanov məlumat verib.
Alxanov bildirib ki, oktyabrın 14-də Bakıda keçirilmiş Azərbaycan - Rusiya matçında hesabı bərabərləşdirən Vaqif Cavadovun oyununu bəyənib. Bununla belə, vitse-prezidentin diqqətini daha çox yığmamızın digər futbolçuları cəlb edib: “Azərbaycanda bir neçə futbolçuya baxmışıq. Məsələni baş məşqçimiz Şahin Diniyevlə müzakirə etmişik. Həmin oyunçuların transfer edib-etməyəcəyimiz artıq zamanın işidir. Hələ yenə baxmaq lazımdır. Sadəcə, onu deyə bilərəm ki, Azərbaycandan iki futbolçu ilə maraqlanırıq. Onların komandamızda yer alacağı mümkündür. Vaqif Cavadov həmin oyunda yaxşı təsir bağışladı. Əlbəttə ki, bu hücumçu həmin görüşün ən yaxşısı idi. Ancaq mənim daha çox digər futbolçunuz xoşuma gəldi. Ümumilikdə, o, milli komandanızın heyətində Rusiyaya qarşı oynayan ən yaxşı futbolçu idi”.
Alxanov bəyəndiyi futbolçuların yığmamızda forma geyindiyini söyləsə də, onların adlarını hələlik açıqlamaq istəməyib: “Əgər biz futbolçulara bir-bir baxsaq, xeyli vaxt lazım olacaq. Təbii ki, Azərbaycanın ən yaxşı futbolçularını nəzərdən keçirəcəyik. Onlar bizə uyğun gələcək, ya yox - bu, artıq zamanın işidir. Bizim üçün əsas futbolçunun nə dərəcədə sabit oynamasıdır. Bunun üçün bütün mövsümü nəzərdən keçirmək daha düzgün olardı. Biz bu məsələni hələ öyrənəcəyik”.
Qeyd edək ki, Vaqif Cavadov milli komandamızda 2006-cı ildə məhz Şahin Diniyevin vaxtında debüt edib. Bu ildən “Terek”in əvəzedicilərini çalışdıran 43 yaşlı həmyerlimiz dünən əsas komandaya baş məşqçi təyin olunub. Diniyev cari çempionatın sonunadək baş məşqçi əvəzi olacaq.

0
0