Bülənt Korkmaz FİFA-ya qarşı çıxdı
21.10.2009 - 17:48
“Bakı” klubunun türkiyəli baş məşqçisi Bülənt Korkmazın apasport.az saytına müsahibəsi
- Sabah Unibank Premyer Liqasının III turu çərçivəsində “İnter”lə derbi oyununuz var. Görüşə necə hazırlaşmısınız?
- Hər bir oyun çətindir, o cümlədən “İnter”lə. Növbəti rəqibimiz güclüdür. Yaxşı komanda olan “İnter”in heyətində milli komandanın 6 futbolçusu var. Rəqibi izləmişik, oyununu təhlil etmişik. Təbii ki, ağır oyun olacaq.
- Ölkəmizdə debüt matçınıza Tovuzda “Turan” üzərində 1:0 hesablı qələbə ilə başladınız. Ancaq “İnter”in güclü komanda olduğunu nəzərə alsaq, sizi sabah ilk ciddi sınaq gözləyir. Sizdən yaxşı nəticə, qələbə gözləyirlər. Bu, gərginlik yaratmır ki?
- Mən belə deyərdim ki, hər komanda güclüdür. Belə düşünmək lazım deyil ki, bu, güclü, digəri gücsüzdür. Bizim üçün hər komanda eyni səviyyədədir, güclüdür. Önəmli olan bizim necə oynamağımızdır.
- Sizcə, “İnter”ə qarşı yaxşı oynaya biləcəksinizmi? Qələbəyə inamınız böyükdürmü?
- Bəli. Əslində, işimiz də budur. Amma futbolda üç nəticə var: qələbə, heç-heçə və məğlubiyyət. Təbii ki, yalnız qalib gəlməyi düşünürük.
- “İnter”lə “Şəfa” stadionunda süni örtüklü meydançada oynamalı olacaqsınız. Bunu problem sayırsınızmı? Qazon amili sizdə narahatçılıq doğururmu?
- Hər iki komanda qazonda, eyni şərtlər altında oynayacaq. Məncə, problem olmaz.
- Rəqibin hansı futbolçularının oyununu bəyənirsiniz?
- “İnter”də yaxşı futbolçular var. Amma önəmlisi komanda oyunudur. Elə son turda də bunu nümayiş etdirdilər.
- Türkiyə Superliqasından sizə tanış olan braziliyalı hücumçu Jaba “Bakı”da qol hesabını son turda Tovuzda açdı. “İnter”lə oyunda ondan qol gözləyirsiniz?
- Jaba güclü futbolçudur. Türkiyə Superliqasında da çox yaxşı oynadı. Təbii ki, Jaba “Bakı”ya daha faydalı ola, daha da yaxşı oynaya biləcək.
- Braziliyalı müdafiəçi Rafael Barboza ilə rumıniyalı hücumçu Daniel Opritanı əsas komandadan kənarlaşdırdınız, əvəzedici heyətə göndərdiniz. Buna səbəb nə idi?
- Onlar düşündüyüm tərzdə futbolçular deyildilər və buna görə də komandadan kənarlaşdırdım. Barboza ilə Oprita hətta “18-lik”də yer verməyə düşünmədiyim futbolçulardır. Onların əvəzinə əvəzedici komandamızdan gənc futbolçular cəlb etmişəm. Həmin gəncləri gələcək görüşlərdə oynatmağı düşünürdüm. Amma əfsuslar olsun ki, yığma komandanın düşərgəsinə getdikləri üçün bu fikrim sonraya qaldı. Fikrimcə, Barboza ilə Opritanın özlərinə yeni klub tapa bilərlər.
- Deyilənə görə, Barzozanın görmə qabiliyyətində problemlər varmış və buna səbəbdən gözünə linza taxırmış...
- Futbolçuların durumu haqda şəxsi düşüncələrim var və bunu söyləyə bilmərəm. Sağlıq problemi isə mənə yox, həkimə aid məsələdir və ondan soruşa bilərsiniz.
- Bursada keçirilən Türkiyə - Ermənistan matçına Azərbaycan bayrağının buraxılmamağı ilə FİFA-nın qərarı böyük əks-səda doğurdu, müzakirələrə səbəb oldu. Siz bu haqda nə düşünürsünüz?
- FİFA bununla bağlı qərarı düzgün deyildi. Deyərdim ki, çox yanlış, xətalı qərar qəbul edildi. Məncə, FİFA bu məsələlərə qarışmamalı idi. Afərin Bursadakılar. Stadionda da olmasa, ondan kənarda, evlərdə, alış-veriş yerlərində, dükanlarda çoxlu Azərbaycan bayraqları var idi.

0
0