“Neftçi” “batır”, Vaqif Sadıqov vaxt istəyir
21.10.2009 - 21:47
“Yaxşı oynamadıq və komandamın göstərdiyi oyundan heç cür razı qala bilmərəm”. Apasport.az saytının xəbərinə görə, bu sözlər “Neftçi” klubunun baş məşqçisi Vaqif Sadıqova məxsusdur.
Bu gün Unibank Premyer Liqasının III turundan təxirə salınmış matçında Qəbələdə eyni adlı komandaya uduzan flaqmanın çalışdırıcısı bildirib ki, “Neftçi” səviyyəsinə və adına uyğun oyun göstərmir: “Komandanı yeni qəbul etdiyimizdən hələ ki, zamana ehtiyacımız var. Biz Qəbələyə gəlməmişdən əvvəl də bilirdik ki, çox çətin oyun olacaq. Çünki “Qəbələ” həqiqətən də yaxşı komandadır və oynadığı bütün görüşlərdə rəqiblərinə başağrısı olub. Bizimlə oyunda da belə oldu”.
Qeyd edək ki, “Neftçi” Vaqif Sadıqovun rəhbərliyi altında ardıcıl iki oyundur məğlub olur. Bakılılar ötən tur “Qarabağ”a, bu dəfə isə “Qəbələ”yə 0:1 hesabı ilə uduzub.

0
0