“Qroznı demişdi ki, Şahin Diniyevi baş məşqçi qoyun” - MÜSAHİBƏ
21.10.2009 - 23:00
Çeçenistanın idman naziri, Qroznının “Terek” klubunun vitse-prezidenti, Haydar Alxanovun apasport.az saytının eksklüziv müsahibəsi
- Vyaçeslav Qroznının istefasından sonra “Terek”in əsas komandasında boş qalmış baş məşqçi postuna Şahin Diniyevin təyin edilməsi bizim üçün xoş sürpriz oldu. Bu təyinatı necə şərh edərdiniz?
- Baş məşqçimiz Vyaçeslav Qroznı səhhətindəki problemlərə görə istefa verdikdən sonra bu vəzifəyə kimi təyin edəcəyimizlə bağlı məsələni həm klubumuzun, həm də respublikamızın prezidenti Ramzan Kadırovla müzakirə etdik. Diniyevi baş məşqçi təyin etmək Kadırovun özünün təşəbbüsü oldu. O bildirdi ki, gəlin bu çempionatın sonunadək baş məşqçi postunu ona tapşıraq. Mənə ümumi rəhbərlik həvalə edildi, Diniyev isə baş məşqçi əvəzi oldu. Dediyim kimi, bu məsələ respublikamızın başçısı ilə razılaşdırılıb, hətta onun özü Diniyevin adını çəkib.
- Məhz Diniyevə üstünlük verilməsinə səbəb nə oldu?
- İlk növbədə Diniyevin gənclərdən ibarət komandamızda çox uğurla işləməsi nəzərə alındı. Həmin heyətdən artıq 3 futbolçu əsas komandaya verilib, orada oynayırlar. Bundan əlavə, Şahin Diniyevi çoxdandır tanıyıram. Hələ mən “Terek”in baş məşqçisi işləyərkən, o, futbolçu idi, rəhbərliyim altında çıxış edirdi. Diniyevin həyatının çox hissəsi “Terek”lə bağlıdır. O, ilk prezidentimiz Əhmədhacı Kadırov “Terek”i dirçəldəndə də baş məşqçimiz təyin olunmuşdu. Taleyin işidir ki, Diniyev yenidən əsas komandamızı çalışdırmaq imkanı qazandı. Mən çox ümid edirəm ki, o, mövsümün axırına qədər işini uğurla görəcək. Hərçənd, ağır təqvimimiz var və qalan beş oyundan dördünü səfərdə keçirməli olacağıq. Özü də “Krılya Sovetov”, MOİK, “Zenit” kimi rəqiblərlə görüşməliyik. Nalçik “Spartak”ının Premyer Liqada qalmaq uğrunda mübarizə apardığını nəzərə alsaq, bu da çətin oyun olacaq və bizə qarşı böyük motivasiya ilə mübarizə aparacaqlar. Qəbul edəcəyimiz “Kuban” isə birinci diviziona düşmək təhlükəsindədir.
- Mövsümün qalan 5 matçından hansı nəticəni gözləyirsiniz? Rəhbərlik həmin görüşlərdə Diniyevin qarşısında konkret hansı vəzifəni qoyub?
- Ümid edirəm ki, Diniyevlə birgə ilk növbədə yaxşı komanda, mənəvi-psixoloji atmosfer yaratmağı bacaracağıq. Futbolçularda özünəinam hissini artıra biləcəyik. Komandamızın böyük potensialı var və biz bunu görürük. Əgər kollektiv yığa bilsək, futbolçular öz imkanlarına, güclərinə inansalar, komandanın oyununda yüksək nizam-intizam, təşkilatçılıq yaratsaq, yaxşı şeylər gözləyirik. Bütün bunları əldə etmək üçün Diniyevlə birgə çalışırıq. Hesab edirəm ki, istədiklərimizi həyata keçirə bilsək, mövsümü layiqincə başa vuracağıq. Bunun necə olacağını isə artıq zaman göstərəcək. Düzdür, futbolda əvvəldən nəsə demək çətindir. Bizim üçün ən əsası nəticədən asılı olmayaraq, komandanın yaxşı oyun göstərməsidir. İnanıram ki, gözəl, baxımlı oyun göstərəcəyik və meydanda döyüşkən komanda görəcəyik.
- Əsas komandanın futbolçuları, xüsusilə də legionerlər Şahin Diniyevin təyinatını necə qarşıladılar?
- Birincisi, futbolçular birinci gün deyil ki, Diniyevi tanıyırlar. Onlar bütün mövsüm boyu məşq prosesində olublar, ünsiyyət qurublar. Futbolçularımız Diniyevin təyinatını çox normal qarşıladılar. Xüsusilə də komanda ilə ilk söhbətdən, ilk məşqdən sonra. Həmin hazırlıq prosesində birgə iştirak etdik. Futbolçular bu məşqdən xoş əhval-ruhiyyədə çıxdılar. Fikrimcə, onlar Diniyevin keçdiyi məşqdən, onunla ünsiyyətdən çox razı qaldılar. Ümumiyyətlə, o, düzgün, mehriban, çox təmiz insandır.
- Çox istərdik ki, yeni mövsümdə Diniyev rəsmən baş məşqçi təyin olunsun. Bu perspektivə necə baxırsınız?
- Hər şey ola bilər. Bu, Şahin Diniyevin rəhbərliyindən sonra komandanın necə təsir bağışlamasından asılı olacaq.
- Məşqçimiz MOİK, “Zenit” kimi güclü, ölkə çempionu olmuş komandalarda səfər oyunlarında nəticə qazanarsa, onun yeni mövsümdə rəsmən baş məşqçi postunu tutması üçün şansı artacaqmı?
- Nəticə yox, komandanın oyunu Diniyevə bu şansı verəcək. Ümumilikdə komanda, klubla bağlı təşkilati işlərdən çox şey asılıdır. Bunu qarşıdakı oyunlar göstərəcək. Hərdən komanda pis oynayanda da nəticə müsbət olur. Bəzən də elə ola bilər ki, komanda yaxşı oynasa da, nəticə əldə edilmir. Hər şey komandamızın necə inkişaf etməsindən, nədə artırmasından, yaxud əksinə geriləməsindən asılı olacaq.
- Şahin Diniyev “Terek”ə qayıdan sonra 16 yaşlı oğlu Kərimi də yanına aparıb, əvəzedici komandada rəhbərliyi altında oynadıb. Ondan da razısınızmı?
- Bəli. Kərim çox perspektivli futbolçudur. Düzdür, hazırda əvəzedici komandamızın sıralarında deyil. O, Avropa çempionatının seçmə mərhələ oyunları ilə əlaqədar 17 yaşlılardan ibarət Azərbaycan yığmasının düşərgəsinə yollanıb. Ümid edirik ki, Kərim yaxın vaxtda “Terek”in əsas komandasında forma geyinəcək.
- Diniyevin təyinatından sonra “Terek”in transfer bazarında Azərbaycana da yer verilməsi, futbolçularımızın keçidini gözləmək olarmı? Hər halda, milli komandamızın futbolçuları son rəsmi oyunlarda, xüsusilə Rusiya yığması ilə Bakıdakı görüşdə yaxşı təsir bağışlayıblar.
- Əvvəla, məsələ onda deyil ki, əsas komandamıza kim rəhbərlik edəcək, Şahin Diniyev, yaxud başqası. Yəni söhbət məşqçinin hansı milləti təmsil etməsindən getmir. Ən vacib amil futbolçunun səviyyəsidir. Heyətin komplektləşdirilməsində şəxsən mən də iştirak edirəm, futbolçulara baxırıq və praktiki olaraq səhv etmirik.
- Qroznının indiki məqamda istefa verməsi şəxsən sizin üçün gözlənilməz olmadı ki? Özü də nəzərə alaq ki, bu qərar ilk dövrədə böyük səs-küy doğurmuş “Krılya Sovetov”la cavab oyunu öncəsi qəbul olunub.
- Qroznı hələ mövsümün ortasında, ilk dövrədən sonra səhhətindəki problemlərlə əlaqədar getmək istəyirdi. Onun qan təzyiqi çox yüksəkdir. Bir sıra uğursuz oyunlar zamanı Qroznının səhhətindəki durumu daha da pisləşdirdi. Əlbəttə, Qroznının mövsümün sonunadək işləyəcəyini düşünürdüm. Ancaq o, “Rostov”la oyundan sonra getmək qərarına gəldi. Görünür, səhhəti pisləşibmiş. Hər halda, biz insanıq və əhval-ruhiyyədən da çox şey asılıdır. Uğursuzluq öz sözünü deyir.
- Bilmək olarmı ki, Qroznı azərbaycanlı həmkarı haqda nəsə deyibmi? Özündən sonra baş məşqçi postunu ona tapşırmağı tövsiyə edibmi?
- Açığı, belə şey olub. Qroznı hələ ilk dövrədən sonra demişdi ki, mən istirahətə gedim, əvəzimə Diniyevi baş məşqçi qoyun. Ancaq bu dəfə Diniyevin namizədliyini prezidentimiz özü məsləhət verdi.
- UEFA-nın danışılmış oyunlarla bağlı Rusiya Futbol İttifaqına göndərdiyi siyahıda “Terek”in “Krılya Sovetov”la görüşü də yer alıb...
- Onu bilirəm ki, bukmekerləri yalnız şəxsi maraqları düşündürür. Danışılmış oyunlar haqda söhbət edilməsi ümumiyyətlə, mənim üçün qəribədir. Axı bunu mütəxəssislər müəyyənləşdirməlidir. Əgər mühakimə etsək, istənilən oyun, hətta Rusiya - Azərbaycan görüşünün nəticəsindən də şübhələnmək olar. Yəni əgər məsələyə belə yanaşsaq, istənilən komandanın oyunu şübhə yarada bilər. Görünür, kimlərəsə “Terek”in Rusiya Premyer Liqasında çıxış etməsi xoş gəlmir. Qroznıya futbolu hansı əziyyətlə qaytardığımızı mən yaxşı bilirəm. Əgər bizim prezident məsələyə qarışmasaydı, indi ev oyunlarımız başqa yerdə keçirərdik. Hazırda komandanı nədəsə ittiham etmək üçün xoşagəlməz məlumatlar uydururlar. Bunlar həqiqətəuyğun deyib, əsassız iddialardır. Vaxtilə ölkə kubokunun finalında “Krılya Sovetov”u məğlub edərkən yazırdılar ki, guya biz oyunu almışıq. Bu, əsl sayıqlamadır. Axı hansı komanda finalda oyunu verər? Bu sadəcə, gülməlidir.

0
0