Milli komandamızın iki futbolçusu Almaniya klubuna cəlb olunacaq
22.10.2009 - 08:39
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının 2 üzvü Almaniyanın “Hoffenhaym” klubunun heyətinə cəlb olunacaq. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, milli assosiasiyamızla Bundesliqa təmsilçisi arasında mövcud əməkdaşlığa uyğun olaraq, Araz Abdullayev və Qara Qarayev bu klubda hazırlıq keçəcək. Onlar noyabrın əvvəlində “Hoffenheym”ın düşərgəsinə yollanacaq və 34 gün təlim-məşq toplanışında iştirak edəcək. Qeyd edək ki, Abdullayev Bakının “Neftçi”, Qarayev isə Ağdamın “Qarabağ” klubunun şərfini qoruyur.
- 156 minlik ölkədən tarixi nəticə - Kurasao DÇ-da ilk xalını qazandı
- Tonali uğrunda mübarizə - "Tottenhem"dən 75 milyonluq təklif
- Kloppdan Türkiyə sözləri - “Təzyiqə dözə bilmədilər”
- Çalhanoğlunun həyat yoldaşından sərt reaksiya: "Dünən alqışlayırdınız..."
- 8 illik həsrət bitdi - “Malaqa” yenidən La Liqada
0
0