“Bordo”nun futbolçusu “Olimpik-Şüvəlan”dan ibrət götürdü
22.10.2009 - 09:14
UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsində III tur avtoqolların bolluğu ilə yadda qalıb. Apasport.az saytının məlumatına görə, iki gündə keçirilən 16 oyunda 7 futbolçu qapıları səhv salıb. “Reyncers” - “Unireya” oyununda qonaqların böyük hesablı qələbəsində (4:1) 3 futbolçu avtoqol etmişdi. Bundan başqa, “İnter”li Lusio Kiyev “Dinamo”suna qarşı matçda “səxavət”ini göstərmişdi.
ÇL-in ikinci oyun günündə daha 3 oyunçu öz qapısına qol vurdu ki, bunlardan “Bordo”nun üzvü Mişel Siani daha çox diqqət mərkəzinə düşüb. Məsələ ondadır ki, bu futbolçu Almaniyanın “Bavariya” klubu ilə görüşdə 6-cı dəqiqədə topu öz qapısına göndərsə də, elə ilk hissədə günahını yuya bilib. Sianinin 27-ci dəqiqədə hesabı bərabərləşdirməsi matçda dönüş nöqtəsi olub və fasiləyə az qalmış növbəti qolu vuran “Bordo” sonda inamlı qələbə qazanıb - 2:1.
Siani həm rəqib, həm də öz qapısına qol vurmaqla, Azərbaycan milli çempionatında analoji göstəricini təkrarlayıb. Bakının “Olimpik-Şüvəlan” klubunun və milli komandamızın müdafiəçisi Usim Nduka 2005/06 mövsümündə, yəni komandası güclülər dəstəsində debüt edən zaman hər iki qapıya yol tapıb. Bu, 2005-ci ilin fevralın 22-də “Qarabağ”la Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçirilən oyunda baş verib. Görüşün 38-ci dəqiqəsində vurduğu qolla komandasını hesabda irəli çıxaran 24 yaşlı nigeriyalı final fitinə 6 dəqiqə qalmış anti-qəhrəmana çevrilib. “Olimpik” məhz Usimin avtoqolu nəticəsində meydanı məğlub tərk edib - 2:3.

0
0