Qurban Qurbanovun “Bavariya”dakı davamçıları
22.10.2009 - 09:30
Almaniyanın məşhur “Bavariya” klubu daha 2 azərbaycanlını düşərgəsinə cəlb edir. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, 19 yaşadək futbolçulardan ibarət yığmanın və Bakının “Neftçi” komandasının üzvləri - yarımmüdafiəçi Mirhüseyn Seyidov və müdafiəçi Tərlan Quliyev noyabrın əvvəlindən etibarən Bundesliqa təmsilçisinin hazırlıqlarına qatılacaq. AFFA ilə “Bavariya” arasında mövcud əməkdaşlığa uyğun olaraq, 17 yaşlı həmyerlilərimiz 35 gün ərzində Münhen təmsilçisinin təlim-məşq toplanışında iştirak edəcək.
Qeyd edək ki, hazırda Ağdamın “Qarabağ” klubunu çalışdıran Qurban Qurbanov da 3 il öncə “Bavariya”da olub. O, “Neftçi”nin baş məşqçi işlədiyi vaxt münhenlilərin düşərgəsində baş məşqçi Feliks Maqatın məşqlərini izləyib.

- 156 minlik ölkədən tarixi nəticə - Kurasao DÇ-da ilk xalını qazandı
- Tonali uğrunda mübarizə - "Tottenhem"dən 75 milyonluq təklif
- Kloppdan Türkiyə sözləri - “Təzyiqə dözə bilmədilər”
- Çalhanoğlunun həyat yoldaşından sərt reaksiya: "Dünən alqışlayırdınız..."
- 8 illik həsrət bitdi - “Malaqa” yenidən La Liqada
0
0