49 yaşlı Əsgər Abdullayev 50-yə necə çatdı?
22.10.2009 - 09:37
Bakının “Olimpik-Şüvəlan” klubu milli çempionatlar tarixində ilk dəfə “Xəzər-Lənkəran” üzərində qələbə qazanıb. Apasport.az saytının hesablamalarına görə, Unibank Premyer Liqasının təxirə salınmış III turunda əldə olunan uğur bakılıların baş məşqçisi Əsgər Abdullayev üçün əlamətdar olub.
Vurulan 1 cavabsız qolla 1-ci dəfə lənkəranlıları məyus edən 49 yaşlı mütəxəssis “Olimpik-Şüvəlan”ın baş məşqçi postunda 50-ci qələbəsinə sevinib. 2006-cı ilin yayından bu komandada çalışan Abdullayevin yetirmələri bu müddətdə ölkə çempionatında 42, kubokda isə 8 qələbə qazanıb. “Xəzər-Lənkəran”la əvvəlki matçlardakı yeganə qələbə də məhz kuboka təsadüf etmişdi.
Qeyd edək ki, 2004-cü ildə yaradılan “Olimpik-Şüvəlan” tarixi ərzində 67 qələbə qazanıb.

- 156 minlik ölkədən tarixi nəticə - Kurasao DÇ-da ilk xalını qazandı
- Tonali uğrunda mübarizə - "Tottenhem"dən 75 milyonluq təklif
- Kloppdan Türkiyə sözləri - “Təzyiqə dözə bilmədilər”
- Çalhanoğlunun həyat yoldaşından sərt reaksiya: "Dünən alqışlayırdınız..."
- 8 illik həsrət bitdi - “Malaqa” yenidən La Liqada
0
0