Gürcü veteran da Vaqif Cavadovdan danışdı
22.10.2009 - 09:51
Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadovun Rusiya ilə Bakıdakı oyunda (1:1) vurduğu qolla bağlı müzakirələr davam etməkdədir. Apasport.az saytının məlumatına görə, tanınmış rusiyalı veteran futbolçu Anzor Kavazaşvili də buna münasibətini bildirib.
İki dəfə SSRİ çempionu və SSRİ kubokunu qazanan 69 yaşlı veteran qapıçı həmin epizodda gənc həmkarı İqor Akinfeyevi qınayıb. Kavazaşvilin fikrincə, Moskva MOİK-i və Rusiya milli komandasının əsas qapıçısı olan 23 yaşlı Akinfeyev son iki ildə əvvəlkindən zəif çıxış edir: “Bu, təkcə MOİK-in yox, Rusiya yığmasının oyunları zamanı da müşahidə olunur. Buna sadə nümunə yaxınlarda keçirilən Azərbaycan – Rusiya oyunudur. Akinfeyevin buraxdığı qol heç də götürülməyən top deyildi. Mənə elə gəlir ki, İqor klubunu dəyişməlidir. Bu, ilk növbədə öz motivasiyasını dəyişmək üçün lazımdır. Axı Akinfeyev MOİK-də son qələbələr və titullar qazanıb. O, geriləməməyi üçün peşəkar karyerasında nəsə dəyişməlidir”.
Qeyd edək ki, milliyətcə gürcü olan Kavazaşvili 1966-cı ildə SSRİ yığmasında “Neftçi”nin sabiq hücumçusu Anatoli Banişevski ilə bir yerdə oynayıb. Onlar 1966-cı ildə keçirilən İngiltərədə dünya çempionatında 4-cü yeri tutublar.

0
0