Roberto Karlos villa aldı, məhkəməyə düşdü
22.10.2009 - 10:10
“Fənərbaxça”nın braziliyalı futbolçusu Roberto Karlos məhkəməyə verilib. Apasport.az saytının məlumatına görə, 36 yaşlı müdafiəçi Braziliyanın San-Paulo ştatında aldığı villanın ucbatından problemlə üzləşib.
Belə ki, bir müddət öncə “Fənərbaxça”dan ayrılmaq qərarına gələn Roberto Karlos öz vətənində tez-tələsik villa alıb. O, Braziliyada tanınmış teleaparıcılardan olan Raul Gilin villasına 2,5 milyon dollar xərcləyib. Lakin daha sonra “sarı-lacivərdlilər” braziliyalının klubdan ayrılmasına icazə verməyiblər. Rəhbərliyin bu qərarı Roberto Karlosu çətin vəziyyət qoyub. Məcburiyyət qarşısında qalan futbolçu villadan imtina etmək fikrinə düşüb.
Təbii ki, onun bu addımı villa sahibini qəzəbləndirib. Raul Gil villanı almaqdan imtina etdiyi üçün Roberto Karlosdan müqavilədə nəzərdə tutulan kimi, 250 min dollar təzminat tələb edir. Bu hadisə uzun müddət dost olan Gil və Roberto Karlosun münasibətlərinin kəskinləşməsi ilə nəticələnib.

- 156 minlik ölkədən tarixi nəticə - Kurasao DÇ-da ilk xalını qazandı
- Tonali uğrunda mübarizə - "Tottenhem"dən 75 milyonluq təklif
- Kloppdan Türkiyə sözləri - “Təzyiqə dözə bilmədilər”
- Çalhanoğlunun həyat yoldaşından sərt reaksiya: "Dünən alqışlayırdınız..."
- 8 illik həsrət bitdi - “Malaqa” yenidən La Liqada
0
0