Raul Müllerə çatsa da, Azərbaycan klublarından geri qalır
22.10.2009 - 10:37
İspaniyanın “Real” klubunun futbolçusu Raul avrokuboklar tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, 32 yaşlı futbolçu Çempionlar Liqasının “Milan”la oyununda vurduğu qolla Avropa rekordunu təkrarlayıb.
Belə ki, bu qol hücumçunun qitə miqyaslı turnirlərdə vurduğu 66-cı top olub. Bununla da Raul ötən əsrin 70-ci illərində parlamış alman hücumçu Herd Müllürə çatıb. Lakin ispaniyalı futbolçu bütün qollarını yalnız bir turnirdə - Çempionlar Liqasında vurmaqla Müllerdən fərqlənir.
Qeyd edək ki, Avropanın 3 ən zəif futbol ölkələri – Lixtenşteyn, San Marino və Andorra klubları avrokuboklar tarixində üst-üstə daha az – 60 qol vurub. 15 ildir qitə arenasına çıxan Azərbaycan klublarının hamısı bir yerdə isə Rauldan 16 top çox vurub.

0
0