Moldovalı futbolçu azərbaycanlı jurnalistləri məhkəməyə verir – MÜSAHİBƏ
22.10.2009 - 11:06
Moldova yığmasının və Bakının “Olimpik-Şüvəlan” klubunun kapitanı Sergey Laşenkovun apasport.az saytına müsahibəsi
- Cari mövsümdə uduzmayan “Xəzər-Lənkəran” üzərində qələbə qazandınız. Bir kapitan kimi, oyunu necə dəyərləndirərdiniz?
- Qələbə bizim üçün gözlənilməz olmadı. Çünki oyuna yaxşı köklənmişdik. Futbolçular bütün güclərini meydanda qoydular. Meydanda bir kollektivin olması real görünürdü. Hamı özünə və rəqibə xətər dəyməsindən qorxmayaraq, döyüşürdü. Yumruq kimi birləşdik və Allahın köməyi ilə “Xəzər-Lənkəran”ı üstələdik. Nə qədər qəribə da olsa, cari mövsümdə ilk dəfə qapımızdan qol buraxmadıq.
- “Olimpik-Şüvəlan” adətən etibarlı müdafiəsi ilə seçildi, hesabat turunadək ən çox qol buraxan komanda idi...
- Bununla bağlı məşqçilər korpusu ilə söhbətimiz oldu. Bir az taktikanı, bəzi futbolçuların mövqelərini dəyişdik. Bu da bəhrəsini verdi və həm qələbə qazandıq, həm də ilk dəfə qapımızdan top buraxmadıq. Sadəcə, bütün futbolçular yaxşı oynadılar. 90 dəqiqə ərzində konsentrasiya oldu və bu da nəticəsini verdi. “Xəzər-Lənkəran”ın iki oyununu izləyib, yaxşı təhlil etmişdik. Rəqib üzərində nəyin hesabına qələbə qazanacağımızı görürdük.
- Nəyin?
- Rəqibə öz oyununu oynamağa imkan vermədik. Meydandakı boşluqdan, vaxtdan məhrum etdik. Hesab edirəm ki, “Xəzər-Lənkəran”ın orta sahəsi çox yaxşıdır. Sadəcə, əvvəl dediyim amilləri həyata keçirməli idik və bunu da bacardıq. Müdafiədə çox sıx oynadıq. Baş məşqçimiz məni rəqibin ən sərrast futbolçusu Allan Lalinlə fərdi oynamağı tapşırdı. Honduraslı hücumçu buna qədər son iki oyunda dubl etmişdi. Hesab edirəm ki, Lalini zərərsizləşdirə bildim. O, özünü göstərə də, qapıya zərbə vura bilmədi.
- Maraqlıdır ki, “Xəzər-Lənkəran”la oyundan əvvəl sizin komandadan qovulmağınız haqda informasiyalar yayılmışdı...
- Bundan meydana çıxan ərəfədə xəbər tutdum. Baş məşqçi mənə yaxınlaşıb dedi ki, yerli saytların birində oyun satmağım barədə məlumatlar yayılıb. Düzünü desəm, özüm oxumamışam. Hər halda, mənə deyilib ki, “Olimpik-Şüvəlan” kapitanını qovması haqda informasiya yayılıb. Bundan çox qəzəbləndim. Bu, sırf təxribatdır. Sadəcə, burada maraqlı olan komandanın adını çəkmək istəmirəm. Bizi görüş öncəsi ritmdən çıxarmaq, özü də yalnız mənə zərbə vurmaq yox, bütün komandada xaos yaratmaq istəyirdilər.
- Məlumatda bildirilirdi ki, rəhbərlik sizi səhər saatlarında komandadan qovsa da, sonradan bağışlayıb...
- Yalan söhbətdir! Mən bu məsələni belə qoymayacağam. Klub rəsmiləri ilə məsləhətləşmişəm. Bütün son tədbirlərə əl atacağam və günahkarların cəzalanmasını istəyirəm. Həmkarlarınıza məsləhət görərdim ki, özünə yaxşı vəkil tutsun. Çünki məhkəməyə müraciət edəcəyəm.

0
0