Azərbaycan yığmasının Dubay turnirində ilk rəqibi müəyyənləşdi
22.10.2009 - 12:43
Azərbaycan yığmasının Dubay turnirində ilk rəqibi müəyyənləşdi
Azərbaycan milli komandasının növbəti oyunlarının vaxtı dəqiqləşib. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, noyabrın 12-də Dubay şəhərinə yola düşəcək və burada təşkil olunan turnirdə iştirak edəcək yığmamızın keçirəcəyi qarşılaşmaların tarixi müəyyənləşib.

Turnirdə millimizlə yanaşı, Birləşmiş Ərəb Əmirlikləri, İraq və Çexiya yığmaları mübarizə aparacaq. Komandamız ilk oyununu noyabrın 15-də İraq yığmasına qarşı keçirəcək. Bu cütlüyün qalibi noyabrın 18-də BƏƏ – Çexiya qarşılaşmasının qalibi ilə, eyni zamanda hər iki cütlüyün məğlub komandaları bir-biri ilə qarşılaşacaq.
0