Vaqif Cavadov Arşavinlə “Çelsi” – “Atletiko” matçını izləyib
22.10.2009 - 14:20
Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadov Çempionlar Liqasının III turunda “Çelsi” – “Atletiko” matçını (4:0) stadionda izləyib. Futbolçunun atası Füzuli Cavadov apasport.az saytına açıqlamasında bildirib ki, oğlu “Stemford Bric” arenasında keçirilən həmin görüşdə Rusiya milli komandasının kapitanı Andrey Arşavinlə birgə tribunada olub.
“Bildiyiniz kimi, Londonun “Arsenal” klubunda çıxış edən Arşavin də oğlumla birgə fotosessiyada olacaq. Vaqif Andreylə birgə “Çelsi” - “Atletiko” görüşünü izləmək üçün stadionuna gedib. Onların bir-biri ilə ünsiyyət qurmasında problem yoxdur. Yəni, rus dilini yaxşı bildikləri üçün tərcüməçiyə ehtiyac qalmır. Oğlum sabah London-Bakı hava reysi ilə vətənə dönəcək” – deyə Füzuli Cavadov bildirib.
Qeyd edək ki, Vaqif “Çelsi”nin böyük hesabla qələbə qazandığı oyunda Salomon Kalunun dubluna (40 və 52-ci dəqiqələrdə), Frenk Lempardın qoluna və Luis Pereanın avtoqoluna şahidlik edib.

0
0