Berdıyev Azərbaycana nə vaxt gələcək?
22.10.2009 - 14:26
Berdıyev Azərbaycana nə vaxt gələcək?
“Karvan” Unibank Premyer Liqasının VIII turunda “Qarabağ”la ev oyununa ciddi itkilərlə çıxacaq. Bu barədə apasport.az saytına komandanın baş məşqçisi Yunis Hüseynov məlumat verib. Onun sözlərinə görə, ən azından 6 futbolçusu oktyabrın 25-də Yevlaxda baş tutacaq görüşdə iştirak etməyəcək.

“Kapitan İsmayıl Məmmədovla Markus Fereyra cəzalı duruma düşüblər. İsmayıl cari mövsümdə 4-cü sarı vərəqəsini alıb, Fereyra isə son “Turan”la oyunda qırmızı aldığı üçün cəzalıdır. Yakuba Bamba, Yuri Muzıka və Anar Həsənov xəstə olduqlarından “Qarabağ”la oyunu buraxacaqlar. Türkmənistanlı legionerimiz Ömər Berdıyev isə hazırda komandamızın düşərgəsində deyil. Buna da səbəb onun milli komandasına çağırılmasıdır. Ömər “Qarabağ”la oyundan sonra sıralarımıza dönəcək” – deyə baş məşqçi bildirib.

Qeyd edək ki, “Karvan” hazırda turnir cədvəlində sondan, “Qarabağ” isə yuxarıdan ikinci yerdə gedir.
0