Azərbaycan yığmasının oyununun vaxtı dəyişdi
22.10.2009 - 14:47
Azərbaycan yığmasının oyununun vaxtı dəyişdi
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının oyununun vaxtı dəyişdirilib. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, noyabrın 18-də keçiriləcək Avstriya – Azərbaycan matçı bir saat tez başlayacaq. Belə ki, görüş əvvəlcədən açıqlandığı kimi, yerli vaxtla saat 18:00-da deyil, 17:00-da, yəni Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, bu matç Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək.