Döyülə-döyülə futbol öyrənənlər
22.10.2009 - 14:54
Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində təşkil olunacaq beynəlxalq turnirdə ilk oyununda İraq yığması ilə görüşəcək. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun yetirmələrini Asiya kubokunun hazırkı sahibi sınağa çəkəcək. Sonuncu dəfə 2007-ci ildə təşkil olunan qitə birinciliyində bu uğura imza atan iraqlılar zəfərə qədər çətin yol keçib.
Tarixində ilk rəsmi matçı 1957-ci ildə Mərakeşə qarşı keçirən rəqibimiz tarixinin ilk 10-15 ili ərzində ciddi heç nə ilə yadda qalmayıb. İraq futbolunun çiçəklənmə dövrü ötən əsrin 70-80-ci illərinə təsadüf edib. İlk dəfə 1970-ci ilin dünya çempionatına qatılmaq istəyən İraq birinci və sonuncu dəfə 1986-cı ildə final mərhələsinə vəsiqə qazanıb. Lakin Meksika torpağında Paraqvay (0:1), Belçika (1:2) və meydan sahibləri (0:1) asiyalıları xalsız qoyub. Həmin illərdə İraq yığması ardıcıl 3 dəfə Olimpiya Oyunlarının iştirakçısı olub. 1980-ci ildə Moskva, 4 il sonra Los Anceles, 1988-ci ildə isə Seul Olimpiadasına qatılan iraqlılar ilk cəhddə 1/4 finala yüksəlsələr də, sonrakı hallarda qrupda qaldılar.
1976-cı ildə Asiya çempionatı, 2 il sonra Asiya oyunlarında 4-cü yeri tutan rəqibimiz 27 il əvvəl qitə oyunlarının qalibi adını qazanıb. İraq yığması müxtəlif turnirlərdə (Körfəz kuboku, Ərəb oyunları və s.) saysız-hesabsız iştirak sayəsində kifayət qədər çempionluq sevinci də yaşayıb. Bütün bunlar ölkədə Səddam Hüseynin rəhbərliyi dövrünə təsadüf edirdi. Həmin vaxt İraq Olimpiya Komitəsinin rəhbəri, həmçinin futbol yığmasının kuratoru Səddamın oğlu Uday idi. O futbolçuları sözün əsl mənasında döyə-döyə öyrənməsinin tərəfdarı idi. Məşqə gecikən, gəlməyən oyunçu həbs olunur, uduzulan matçlardan sonra onlar ya elektrik cərəyanına verilir, ya da kanalizasiyada çimizdirilirdi. İran körfəzindəki müharibəyədək döyülə-döyülə futbol öyrənən iraqlılar FİFA sanksiyalarına məruz qalıb geriləməyə başladı. 1996-cı ildə isə onlar futbol tarixinin ən bərbad vəziyyətini – FİFA reytinqində 139-cu yerə düşmüşdü. Bu rəqibimizin tarixinin ən aşağı göstəricisidir.
İraq futbolunun ikinci çiçəklənmə dövrü son 5 ilə təsadüf edir. Hətta körfəz müharibəsinin davam etdiyi vaxtlarda da futbol oynayan asiyalılar döyülə-döyülə öyrəndiklərini yadırğamadıqlarını təsdiqləməyə başladı. Əvvəl 1996 və 2000, sonra isə 2004-cü ildə keçirilən Asiya çempionatında 4-cü yeri tutan rəqibimiz elə həmin il Olimpiya Oyunlarına vəsiqə qazandı. İraq yığması Afinada Portuqaliya da daxil olmaqla, rəqiblərini məğlub etməkdə çətinlik çəkmirdi. Onlar bürünc mükafat uğrunda oyunda italiyalılara 0:1 hesabı ilə uduzsa da, 4-cü yer böyük uğur kimi qəbul olundu.
Həmin il FİFA-nın “Fair play”, Asiya Futbol Konfederasiyasının isə “İlin komandası” mükafatları İraqa qismət oldu. FİFA reytinqində isə rəqibimiz tarixinin ən yüksək nəticəsi – 39-cu yerə yüksəldi. Cəmi 3 il sonra isə məşhur “WORLD SOCCER” nəşri onları dünyanın ən yaxşı komandası seçdi. Buna qədər iraqlılar Asiya çempionatları tarixində ilk dəfə çempion adını qazanmışdı. Bunun sayəsində 4 ay əvvəl CAR-da keçirilən Konfederasiyalar Kubokuna vəsiqə əldə olundu. Orada isə iraqlılar meydan sahibləri və Yeni Zelandiya ilə qolsuz heç-heçə edib, İspaniyaya 0:1 hesabı ilə məğlub olmaqla, yarımfinala həsrət qaldı. Xüsusi olaraq, bu turnir üçün baş məşqçi postuna cəlb olunan əfsanəvi Bora Milutinoviç postunu yerli mütəxəssis Nədim Şakirə verdi.
Hazırkı İraq yığmasına gəlincə, dünya çempionatının seçmə mərhələsində uğursuzluğa düçar olan rəqibimiz ümidlərini 2011-ci ildə Malayziyada keçiriləcək qitə birinciliyinə bağlayıb. Millinin oyun (126) və qol (63) sayında rekordçusu olan Hüseyn Səiddir. O isə çoxdan karyerasını bitirib. İraqın kapitan sarğısını isə indiki lideri Mahmud Yunus daşıyır. FİFA reytinqində 98-ci olan rəqibimizin ən yaxşı futbolçuları elə Asiya qitəsinin klublarında top qovur. Onlar İran və ərəb ölkələrinin çempionatlarında legioner həyatı yaşayır. Avropadakı iki iraqlıdan biri isə Türkiyənin “Diyarbəkirspor” klubunun şərəfini qoruyur. 27 yaşlı Bassim Abbas bu yay transfer olunub. Əkrəm Nəşət isə bizə daha tanış futbolçudur. 25 yaşlı pleymeyker bu yay keçdiyi Hollandiya “Tvente”si ilə Bakıya da gəlib, Tofiq Bəhramov adına Respublika stadionuna da çıxıb. Avropa Liqasının IV təsnifat mərhələsində Ağdamın “Qarabağ” klubunu keçən hollandiyalıların yarımmüdafiəçisi ilk oyunda ehtiyatda qalmışdı. Bakıda isə Stiv Maklaren onu 90+2-ci dəqiqədə meydana buraxmışdı.
Qeyd edək ki, Azərbaycan – İraq oyunu noyabrın 15-də keçiriləcək.

0
0