AFFA-nın seminarı başa çatdı
22.10.2009 - 17:43
Oktyabrın 19-dan etibarən aşağı yaş qruplarından ibarət yığma komandaların texniki direktoru Bernard Lippertin rəhbərliyi ilə AFFA-nın U-13 liqasında çıxış edəcək komandaların məşqçiləri üçün keçirilən seminar bu gün başa çatıb. Apasport.az-ın assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, seminarın sonunda AFFA-nın baş katibi Elxan Məmmədov Futbol akademiyasında məşqçilərlə görüşüb.
Ölkəmizdə futbolun inkişafı, uşaq futbolunun səviyyəsinin yüksəldilməsi məqsədilə İcraiyyə Komitəsinin qərarına əsasən, U-13 liqasının yaradıldığını bildirən Məmmədov vurğulayıb ki, bu yarışda mübarizə aparacaq komandaların hazırlığı üçün seminara qatılmış məşqçilərin üzərinə böyük məsuliyyət düşür. Baş katib bütün məşqçilərə uğurlar arzulayıb.
Daha sonra seminarda iştirak edən hər bir məşqçiyə AFFA tərəfindən toplar və məşq üçün zəruri ləvazimatlar verilib.

0
0