“Belə oyunların taleyini adətən bir qol həll edir”
22.10.2009 - 21:30
"Bu gün Premyer Liqanın iki aparıcı klubu qarşılaşdı. Komandalar başabaş mübarizə apardılar. Belə oyunların taleyini adətən bir qol həll edir”. Apasport.az saytının xəbərinə görə, bunu “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib.
Unibank Premyer Liqasının təxirə salınmış III turu çərçivəsində "Bakı"nı məğlub edən “bankirlər”in gürcü çalışdırıcısı oyun sonrası mətbuat konfransında bildirib ki, komandası layiqli qələbə qazandı: “Oyunu əvvəldən yaxşı qurduq və rəqibə pressinq tətbiq edərək, gözəl qol vurduq. Bundan sonra oyunumuzu əks-hücumda qurduq və bir neçə epizodda yenə də fərqlənə bilərdik. Qarşılaşmanın sonunda rəqibimiz hücumlarını artırsa da, komandamız axıra kimi dayandı. Buna görə onlara minnətdarlığımı bildirirəm. Layiqli qələbə qazandıq. "Bakı" klubunu göstərdikləri oyuna görə təbrik edirəm və gələcəkdə uğurlar arzu edirəm".

0
0