Bülənt Korkmaz nədən gileylənir?
22.10.2009 - 21:34
Bülənt Korkmaz nədən gileylənir?
“Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. İlk hissədə bərabər mübarizə getdi, lakin meydanın bizə aid olan hissəsində top itirdik və qapımızda qol gördük”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Bakı”nın baş məşqçisi Bülənt Korkmaza məxsusdur.

Türkiyəli çalışdırıcı “İnter”ə uduzduqları matçdan sonra təşkil olunan mətbuat konfransında bildirib ki, oyun boyu futbolçuları xeyli top itirib və hazırda komandanın oyununda ən böyük çatışmazlıq da budur: “İkinci hissədə daha çox hücum etsək də, qalib gələ bilmədik. Hər iki hissənin ayrı-ayrı epizodlarında komandanın göstərdiyi oyundan razıyam. Səhvlərimiz üzərində işləyəcəyik".