Stadion təmiri üçün 6 milyon manat
22.10.2009 - 23:03
Stadion təmiri üçün 6 milyon manat
Gəncənin mərkəzi stadionu əsaslı şəkildə təmir olunacaq. Bu barədə Lent.az-ın Gəncəbasar müxbirinə Gəncə Regional Futbol Federasiyasının prezidenti Xanlar Fətiyev məlumat verib. Onun bildirdiyinə görə, stadionun yenidən qurulması üçün 6 mln manat vəsait ayrılıb. Şəhər Memarlıq İdarəsi tərəfindən layihə hazırlanacaq və dövlət başçısına təqdim ediləcək. Əsaslı təmirdən sonra Gəncənin mərkəzi stadionunda çox saylı beynəlxalq turnirlər də təşkil olunacaq.