“Mən çox şanslıyam”
23.10.2009 - 08:38
“Mən çox şanslıyam”
“Gənc və yaxşı kollektivə sahib olduğum üçün çox şanslıyam”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avroliqanın qrup mərhələsinin III turundan sonra keçirdiyi mətbuat konfransında “Qalatasaray” klubunun baş məşqçisi Frank Raykard deyib.

Hollandiyalı çalışdırıcı “Dinamo” (Buxarest) üzərində qazanılan 4:1 hesablı qələbədə yetirmələrinin oyunundan tam razı qaldım: “Kyuell bu gün çox yaxşı təsir bağışladı. Keyta, Ayhan və Səbrini isə “Fənərbaxça” ilə derbini düşündüyüm üçün əvəzlədim”.

Yeri gəlmişkən, Raykard oktyabrın 25-də “Şükrü Saracoğlu” stadionunda “Fənərbaxça” ilə görüşə ciddi yanaşdıqlarını gizlətməyib: “Mənim üçün ən önəmlisi “Fənərbaxça”ya qarşı oyundur. Matçın hazırlığına iki gün öncədən başlayacağıq”.