Azərbaycanda qələbə görməyən məşqçi
23.10.2009 - 09:05
Unibank Premyer Liqasının 2009/10 mövsümündə 3-cü baş məşqçi istefası gerçəkləşib. Apasport.az saytının məlumatına görə, bu dəfə Sumqayıtın “Standard” klubunun çalışdırıcısı Valdas İvanauskas uğursuzluq yaşayıb. Litvalı mütəxəssis üçün ölkəmizdəki 7-ci matç həm də sonuncu olub. “Simurq”a öz meydanında 1:2 hesabı ilə uduzmaqla, 5-ci dəfə məyus olan İvanauskasın Azərbaycan macərası başa çatıb. Keçirdiyi qarşılaşmalarda cəmi 2 xal qazanan məşqçi ölkəmizi qələbə və kubok həsrəti ilə tərk edir. Belə ki, litvalı yalnız çempionat matçlarında komandasına rəhbərlik edib, kubokun startına qədər duruş gətirməyib. Nəticədə iyulun 20-də təqdimatı olan İvanauskas bu postda cəmi 94 gün çalışıb.
2009/10 mövsümünün istefaları
2009/10 mövsümünün istefaları
| klub | Baş məşqçi | o | q | h | m | t | x |
1 | “Bakı” | Qyoko Hacıyevski | 4 | 1 | 1 | 2 | 2-3 | 4 |
2 | “Neftçi” | Böyükağa Ağayev | 3 | 2 | 0 | 1 | 3-2 | 6 |
3 | “Standard” | Valdas İvanauskas | 7 | 0 | 2 | 5 | 5-10 | 2 |
0
0