“Fənərbaxça” futbolçularımızla bağlı açıqlama verdi
23.10.2009 - 09:24
“Fənərbaxça” futbolçularımızla bağlı açıqlama verdi
Türkiyənin “Fənərbaxça” klubu AFFA-nın “Akademiya” (U-15) komandası ilə bağlı açıqlama yayıb. Apasport.az saytının məlumatına görə, istanbullular klubun bazasında 4 ay hazırlıq keçən futbolçularımızın bu ayın sonunda vətənə dönməsinə rəsmi münasibət bildirib.

“Fənərbaxça” rəhbərliyi yeniyetmə futbolçuların təlim-məşq toplanışında vəzifələrinin öhdəsindən gəldiyini düşünür: “Azərbaycanın 15 yaşadək futbolçulardan ibarət yığması klubumuzla AFFA arasında ikitərəfli protokol əsasında gerçəkləşən toplanış başa çatır. Onlar ölkələrində təlim və tədris dövrünün başlaması ilə əlaqədar vətənlərinə dönəcəklər. Türkiyədəki təlim-məşq toplanışını müvəffəqiyyətlə tamamlayan gənc idmançılara ölkələrində alacaqları təhsilində uğurlar arzulayırıq”.