Kazanda türk “avtoritet”
23.10.2009 - 09:32
Türkiyəli futbolçu Gökdəniz Karadəniz şərəfini qoruduğu Rusiyanın “Rubin” klubunda xüsusi statusa malikdir. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının qrup mərhələsinin III turu çərçivəsində İspaniyada “Barselona” klubu ilə oyunda (2:1) qələbə topunu vuraraq, tarix yazan 29 yaşlı yarımmüdafiəçi mürəkkəb xarakteri var. O, hər dəfə səfərə çıxanda, təkliyə üstünlük verir.
Gökdəniz “Rubin”in yeganə futbolçusudur ki, səfər oyunları zamanı oteldə birnəfərlik otaqda qalır. Bəlkə də bunu həddən artıq fərdiyyətçilik ilə izah etmək mümkündür. Lakin Karadənizin hərəkətləri rəssamın kaprizlərinə çox bənzəyir.
Futbolçu özü isə fərqli düşünür: “Çoxlu güclü futbolçular yığmaq olar, amma komanda yaranmaya bilər. “Rubin” möhtəşəm kollektivdir. Hərçənd orada müxtəlif insanlar cəmləşib. Mən onlarla birgə olmaqdan xoşbəxtəm. Bu, unudulmaz vaxtdır. İndi kim Kazanda oynayır, bunu böyük zövqlə və hərarətlə yada salacaq. Mən bura yalnız pula, yaxşı müqaviləyə görə gəlməzdim. Bu, mənə maraqsızdır. Vaxtı gələndə başa düşürəm ki, belə komandaya düşdüyümə görə çox bəxtim gətirib”.
Zarafatından qalmayan Karadəniz komandasının kapitanı Sergey Semak haqda maraqlı fikir bildirib. Onun sözlərinə görə, Azərbaycan milli komandası ilə dünya çempionatının seçmə qrup mərhələsində hər iki oyunda əsas heyətdə meydana çıxan təcrübəli futbolçuda yalnız ukraynalı yox, həm də türk kökləri var: “Əlbəttə, zarafat edirəm. Ancaq mənə təsir edən fakt odur ki, Sergeyin çoxlu uşaqları var. Bu, çox düzgündür və vacibdir. Mən tamamilə əminəm ki, Semaksız biz əsl komanda ola bilməzdik. Yeri gəlmişkən, o, çox mərhəmətlidir, böyük ürəyi var”.

0
0