“Şübhə altında olan futbolçunu heç vaxt meydana buraxmaram”
23.10.2009 - 09:57
“Şübhə altında olan futbolçunu heç vaxt meydana buraxmaram”
“Mən inanmadığım, şübhə altında olan futbolçunu heç vaxt meydana buraxmazdım”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Olimpik-Şüvəlan” klubunun baş məşqçisi Əsgər Abdullayev Moldova mətbuatına açıqlamasında deyib.

Moldovalı kapitanı Sergey Laşenkovun Unibank Premyer Liqasının təxirə salınmış III turu çərçivəsində “Xəzər-Lənkəran”la oyun öncəsi adının alqı-satqı məsələlərində hallanması böyük müzakirə obyektinə səbəb oldu. Hətta Laşenkovun qovulduğu deyilsə də, hadisələrin axarı başqa şeyi deməyə əsas verir. Belə ki, “Olimpik-Şüvəlan” “Xəzər-Lənkəran”ı 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra Sergeyə gələn ay başa çatacaq müqaviləsini daha bir neçə illiyə uzatmağı təklif edib. Elə Abdullayevin də Laşenkov haqda moldovalı həmkarlarımıza dedikləri ona olan inamdan xəbər verir: “Sergeyə yüz faiz inanırıq. Laşenkov öz oyunu ilə ona olan inamımız tam doğrultdu”.