Britaniyalı gözəlçələr Bakıya axışır – FOTO
23.10.2009 - 10:19
Britaniyalı gözəlçələr Bakıya axışır – FOTO
Qadın futbolçulardan ibarət Uels milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığması ilə bir qrupda yer alan britaniyalılar qarşıdakı matçlar üçün 19 oyunçunun xidmətindən yararlanmaq niyyətindədir.

Oktyabrın 25-də Praqada Çexiya, 3 gün sonra Bakıda yığmamızla görüşəcək uelslilər İngiltərə, hətta Hollandiya çempionatında çıxış edən futbolçunu da düşərgəsinə cəlb ediblər. Bunlar Rayan Nokes, Sofi Dando, Lauren Tounsend, Sofi İnql (hamısı “Kardiff Siti”), Sally Uodd (“Uotford”), Emma Cons, Mişel Qrin, Kati Deyli, Şarla Pasariello, Emma Pleva (hamısı “Bristol Akademi”), Kati Uilyams, Çeril Foster (hər ikisi “Liverpul”), Jasmin Dutton (“Tranmir Rovers”), Kerri Manli (“Birminhem”), Ceyn Ludlou, Helen Ladler (hər ikisi “Arsenal”), Alisiya Poue (“Suonsi”), Cessika Fişlok (“Alkmaar”), Quennan Harrisdir (“Everton”).

Bu oyunçulardan başqa, Lauren Vells (“Bat”), Eleri İrnşou (“Lonq İsland Universiti”), Şarlotta Miller, Nataşa Hardinq, Terri Beddeus (hamısı “Kardiff Siti”), Jasmin Leunqun (“Tranmir Rovers”) da adları açıqlanan heyətdə yer alıb. Lakin bu futbolçular ehtiyat oyunçu kimi yığmaya namizəd göstərilib.