Futbolçuların qiyamı: məşqdən imtina, oyunu boykot
23.10.2009 - 11:04
İsrail çempionatında mübarizə aparan “Makkabi Ahi” klubunun futbolçuları qiyama başlayıblar. Apasport.az saytının məlumatına görə, Nazeret şəhərini təmsil edən komandanın oyunçuları məşqə çıxmaqdan imtina ediblər. Bu yolla onlar sentyabr ayı üçün maaşlarının verilməməsinə etirazlarını bildiriblər. “Makkabi Ahi”nin üzvləri həmçinin, bazar günü Təl-Əviv “Hapoel”inə qarşı keçiriləcək matçı da boykot etməyi planlaşdırırlar. Hazırda Nazeret komandası ölkə çempionatında 9 xalla 8-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, “Makkabi Ahi”nin əsas qapıçısı azərbaycanlı futbol həvəskarlarının da yaxşı tanıdığı Ruslan Niqmatullindir. 35 yaşlı futbolçu vaxtilə Rusiya yığması və Moskva “Lokomotiv”indəki parlaq çıxışı ilə məşhurlaşıb.

0
0