“Rubin”in futbolçusu Bakıdan narazı gedib
23.10.2009 - 11:20
“Rubin”in futbolçusu Bakıdan narazı gedib
Rusiyanın “Rubin” klubunun hücumçusu Aleksandr Buxarov Azərbaycana səfərindən narazı qalıb. Apasport.az saytının məlumatına görə, Kazan təmsilçisinin heyətində ötən il ölkə çempionluğunu qazanan, cari mövsümdə Çempionlar Liqasında çıxış edən ucaboylu futbolçu milli komandasının heyətində 2010-cu il dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığması ilə Bakıdakı rəsmi oyunda (1:1) debüt edib.

Ölkəmizə səfər zamanı kollektivə uyğunlaşan Aleksandr paytaxtımızda ilk sınaq qarşısında oldu. Ancaq Rusiya yığmasının baş məşqçisi Qus Hiddinkin oyunun 64-cü dəqiqəsində hesab 1:1 olarkən Vladimir Bıstrovun yerinə buraxdığı Buxarov debütdə qələbə qazandıra bilməyib: “Əlbəttə, Azərbaycanla milli komandanın heyətində debütümdən təəssüratların heç də yaxşı deyil. Əgər komanda qələbə qazansaydı və mən də buna kömək etsəydim, debütümü yaxşı qiymətləndirərdim. Ancaq indiki vəziyyətdə adi bir debüt idi. Sözsüz ki, yığmada oynadığıma görə şadam. Ancaq Bakıdakı oyunun nəticəsi heç də xoş olmayan iz buraxdı”.