Əsgər Abdullayev: 50, 100, bir 100 də gəlsin!
23.10.2009 - 11:36
Bu həftə “Olimpik-Şüvəlan” üçün yubileylərlə zəngin olub. Apasport.az saytının məlumatına görə, Unibank Premyer Liqasının təxirə salınmış III turunun “Xəzər-Lənkəran”la matçında 2 əlamətdar rəqəmi bayram edən bakılılar daha 2 yubiley ərəfəsindədir.
Cənub təmsilçisi üzərindəki 1:0 hesablı qələbə həm Usim Ndukanın Azərbaycan çempionatlarında 100-cü oyunu, həm də baş məşqçi Əsgər Abdullayevin “Olimpik-Şüvəlan”dakı 50-cı qələbəsi ilə tarixə düşdü. Lakin 49 yaşlı mütəxəssis 4 gün ərzində 1 yubileylə kifayətlənməyəcək.
Belə ki, 2 gün əvvəlki matçdan, yəni 50-ci qələbədən cəmi 3 gün sonra Abdullayev futbol dili ilə desək “1+1” yubiley də qeyd edəcək. Yəni, bu əlamətdar hadisədən biri dəqiqdirsə, ikincisi oyunun gedişindən asılıdır. Təcrübəli çalışdırıcı 2006-cı ilin yayından rəhbərlik etdiyi komandada 100-cü matçına çıxacaq.
Abdullayevə ikinci yubileyi isə yetirmələri bəxş edə bilər. Belə ki, “təyyarəçilər” onun rəhbərliyi altında keçirdikləri 83 çempionat matçında 99 qol vurub. “Muğan”la sabah “Şəfa” stadionunda keçiriləcək matçda vurulacaq ilk top 100-cü olacaq. Bir sözlə, “100”lərin birinə çatacaq mütəxəssis ikincisini futbolçularından gözləyir.

Azərbaycan çempionatı | 83 | 42 | 25 | 16 | 99-53 | 151 |
2006/07 | 24 | 11 | 8 | 5 | 28-17 | 41 |
2007/08 | 26 | 17 | 7 | 2 | 29-7 | 58 |
2008/09 | 26 | 12 | 8 | 6 | 32-18 | 44 |
2009/10 | 7 | 2 | 2 | 3 | 10-11 | 8 |
Azərbaycan kuboku | 14 | 8 | 3 | 3 | 22-11 | 27 |
2006/07 | 4 | 3 | 0 | 1 | 10-4 | 9 |
2007/08 | 6 | 3 | 2 | 1 | 9-5 | 11 |
2008/09 | 4 | 2 | 1 | 1 | 3-2 | 7 |
UEFA kuboku | 2 | 0 | 1 | 1 | 1-2 | 1 |
2008/09 | 2 | 0 | 1 | 1 | 1-2 | 1 |
Cəmi | 99 | 50 | 29 | 20 | 122-66 | 179 |

0
0