Azərbaycan futbolçuları yenə Rusiyaya gedir
23.10.2009 - 14:46
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası beynəlxalq turnirdə iştirak edəcək. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, yığmamız 2010-cu ilin yanvarında Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirə turnirdə iştirak edəcək. Turnirin təqviminə iştirakçıların tam siyahısı dəqiqləşəndən sonra aydınlıq gələcək.
Bu, millimizin turnirdə ikinci iştirakı olacaq. Doqquz ay əvvəl də Sankt-Peterburqda təşkil olunan yarışa qatılan yığmamız orada 8 komanda arasında VII yeri tutmuşdu. Qrup mərhələsində Belarus (0:1), Rusiya (0:2) və Çili (1:0) ilə mübarizədə sonuncu yeri tutan futbolçularımız VII yer uğrunda final görüşündə Latviyanı 2:0 hesabı ilə üstələmişdi.

0
0