Rusiyalılar Şahin Diniyevə ləkə yaxmaq istəyirlər
26.10.2009 - 13:06
Rusiyalılar Şahin Diniyevə ləkə yaxmaq istəyirlər
Rusiya mətbuatı Azərbaycan milli komandasının sabiq baş məşqçisi Şahin Diniyevin Premyer Liqadakı debütünə kölgə salmaq niyyətindədir. Apasport.az saytının məlumatına görə, şimallılar ölkə çempionatının XXVI turunda həmyerlimizin çalışdırdığı “Terek”in Samarada “Krılya Sovetov”a bilərəkdən uduzduğunu iddia edirlər.

Bu komandaların görüşü hələ birinci dövrədə böyük qalmaqala səbəb olmuşdu. Hətta UEFA həmin matçı şübhəli oyunlar siyahısına salmışdı. İndi yenə də “Terek” və “Krılya Sovetov” arasında hər şeyin razılaşdırıldığı bildirilir. Rusiyalı jurnalistlər görüş ərəfəsində hər iki komandanın baş məşqçisinin dəyişməsinə baxmayaraq, ssenaridə hər şeyin əvvəlki kimi qaldığını yazırlar. düşünür. Onların fikrincə, ilk matçda 3 xalı (3:2) asan yolla əldə edən “Terek” borcunu qaytarmalı idi. Bu hesabın 2:0 olması da bundan irəli gəlir. Samaradakı qarşılaşmanı şübhə altına alanlar oyun ərəfəsində əksəriyyətin “Krılya Sovetov”un qələbə qazanacağını proqnozlaşdırdığını, həmçinin bir sıra bukmeker kontorlarının bu matça pul qoyuluşunu qəbul etmədiklərini bildirirlər.