“Xəzər-Lənkəran”dan qovulan baş məşqçi casus rolunda
26.10.2009 - 13:24
“Almaniyalı həmkarım Otto Rehagelllə tez ümumi dil tapdıq. O, hələ 2005-ci ildə mənə skaut işləməyi təklif etdi. Ancaq həmin vaxt Azərbaycanın “Xəzər-Lənkəran” klubuna rəhbərlik etdiyim üçün Yunanıstan yığmasının Bundesliqada oynayan futbolçularını izləmək imkanım yox idi. Ancaq bir il sonra Almaniyaya qayıtdığım zaman Rehagellə əməkdaşlığı dərhal razılaşdırdıq”. Apasport.az saytının məlumatına görə, bunu “Xəzər-Lənkəran” klubunun sabiq baş məşqçisi Viktor Pasulko deyib.
2005/06 mövsümünün ikinci yarısında Lənkəran təmsilçisini çalışdıran, çempionatda heç bir oyunda uduzmayan 48 yaşlı ukraynalı mütəxəssis cəmi yarım il sonra vəzifəsindən uzaqlaşdırılmışdı. Elə həmin ildən Otto Rehagelin dəvəti ilə Yunanıstan yığmasında məsləhətçi işləyən Pasulko son vaxtlar həmyerlilərinin diqqət mərkəzinə düşüb. Axı, Ukrayna yığması 2010-cu il dünya çempionatının pley-off mərhələsində yunanlara qarşı mübarizə aparacaq.
Artıq 20 ilə yaxındır Almaniyada, Köln şəhərində yaşayan Pasulko bildirib ki, onlar rəqib qismində Ukrayna və ya zəif Sloveniya yığmasının olmasını istəyiblər: “Buna görə də püşkün nəticəsindən tam razı qaldıq. Açığı, yunanların Aleksey Mixayliçenkonun yetirmələrini üstələmək gücündə olduğunu sayıram. Hərçənd bu cütdə Ukrayna qalib olarsa, mən buna sevinəcəyəm. Hər halda, bu ölkədə doğrulmuşam və həyatımın böyük hissəsini orada keçirmişəm. Ancaq digər tərəfdən, Ukraynada işləməyə hazır olsam, oranın klub futboluna bilik və təcrübəmlə fayda verə bilsəm də, vətəndən nədənsə heç kim mənə dəvət göndərmir. 1988-ci ildə Almaniyada keçirilən Avropa çempionatında SSRİ yığmasında bir yerdə oynadığım Mixayliçenkoya yunan futbolçularla bağlı hansısa detallar maraqlıdırsa, qoy çəkinmədən mənə zəng etsin. Mən ona hər şeyi danışacağam”.
Göründüyü kimi, həmyerlilərinə casusluq etməyə hazır olan “Xəzər-Lənkəran”ın sabiq çalışdırıcısı şansları da dəyərləndirib: “Ukraynalılar ilk oyunu səfərdə keçirdiklərindən, şansları bərabər hesab edirəm. Andrey Şevçenko və onun komandası Yunanıstanda heç-heçə, ən pis halda minimal hesabla uduzmalıdırlar. Yunanıstan yığmasında ən zəif yer qapını sayıram. Özü də bu, 2004-cü ildə Avropa çempionluğunu qazandıqdan sonra özünü göstərir. Elə son seçmə mərhələdə yunan qapıçılar bir neçə dəfə kobud səhv etdilər. Rehagelin komandasında müdafiə ən güclüdür, hücum xətti də pis deyil. Bir də səviyyəli yarımmüdafiəçiləri var. Futbolçuların çoxu Qərbi Avropada, özü də ciddi klublarda oynayırlar”.
Qeyd edək ki, Pasulko “Xəzər-Lənkəran”da yeganə məğlubiyyətini Azərbaycan kubokunda Yevlaxda “Karvan” klubu ilə səfərdə keçirilən cavab yarımfinal oyununda alıb - 0:3. Nəticədə həmin çempionatı boşa verən lənkəranlılar kubokdan da əlini üzməli olub.

0
0