“Həyatda atdığım addımlara görə heç vaxt peşman olmuram”
26.10.2009 - 13:52
Bu gün Bakının “Standard” klubu yeni baş məşqçisi Böyükağa Hacıyevlə 8 aylıq rəsmi müqavilə imzalayacaq. Bu haqda apasport.az saytına məlumat verən Hacıyev anlaşmanın müddətinin az müddətə olmasını özünün istədiyini bildirib. Cari mövsümün sonuna qədər komandanın sükanı arxasında olmağa qərar verən 51 yaşlı mütəxəssis bundan sonranı zamanın ixtiyarına buraxıb.
Litvalı baş məşqçi Valdas İvanauskas istefa verdiyindən, “Standard”ı Unibank Premyer Liqasının axırıncı turunda “İnter”lə oyuna köməkçi məşqçi Elbrus Məmmədov çıxardığı üçün Hacıyev “Şəfa” stadionunda keçirilən görüşü tribundan izləməli olub. O, liderə 2:4 hesabı ilə uduzduqları oyun haqda təəssüratlarını bölüşüb: “Komandanın səfərdə 2 qol vurması təqdirəlayiq haldır. Ancaq eyni zamanda öz qapısından 4 top buraxmaq fikirləşməyə əsas verir. Deməli, “Standard”ın müdafiə xəttində problemlər var”.
2006-cı ildə çalışdırdığı “Bakı” klubunu ölkə çempionu edən Hacıyev bu dəfə sonuncu pillədə gedən “bank təmsilçisi” ilə işləməli olacaq. O, “İnter”ə məğlubiyyətdən sonra da qərarına görə heyfsilənmir: “Həyatda heç vaxt atdığım addımlara görə peşman olmuram. Mənim üçün əsas odur ki, nədənsə nəyisə yaradım. Görünür, qismətimə belə yazılıb. Çalışacağam ki, “Standard” rəhbərliyim altında layiq olduğu yerə gəlsin. Mən azərbaycanlı futbolçuların hamısını tanıyıram. Legionerlərə gəlincə, işlədiyim komandalarda əcnəbi oyunçuların sayı həmişə çox olub”.

0
0