Serblərin müqavimətini qıra bilmədik... - YENİLƏNİB
26.10.2009 - 16:40
Serblərin müqavimətini qıra bilmədik... - YENİLƏNİB
17 yaşadək futbolçular arasında Bakıda təşkil olunan Avropa çempionatının ilkin seçmə mərhələsinin I qrupunda oyunlara start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının da mübarizə apardığı yarışda artıq ilk oyun başa çatıb. Yığmamızın növbəti iki turdakı rəqibləri İngiltərə və Qazaxıstanın oyununda “qol yağış”ı olub - 6:2.

Oliver Pelzerin çalışdırdığı yığmamız isə saat 15:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Serbiyanı sınağa çəkib. 80 dəqiqə ərzində tərəflərin göstərdikləri cəhdlər nəticəsiz qalıb.

Azərbaycan - Serbiya - 0:0

İngiltərə - Qazaxıstan - 6:2
Qarbutt, 2, Kin, 14, Afobe, 26, 75, Hall, 66, 73 - Kuat, 31, Utrobin, 33