MOİK Xuande Ramosa da qapını göstərdi
26.10.2009 - 14:14
Rusiyanın MOİK klubunun gözlənilməz istefa gerçəkləşib. Apasport.az saytının məlumatına görə, ay yarım öncə baş məşqçi postuna gətirilən Xuande Ramos komandadan ayrılıb. İspan mütəxəssislə müqavilə qarşılıqlı razılıqla pozulub. Ramosu rusiyalı həmkarı, bir neçə gün öncə “Krılya Sovetov” klubunun sükanı arxasından gedən Leonid Slutski əvəzləyib. O, bu gün səhər məşqində komandaya təqdim olunub.
Ramosun MOİK-ə gətirdiyi Viktor Onopko köməkçi məşqçi kimi işini davam etdirəcək. Maraqlıdır ki, Slutski məşqçilik karyerasında azərbaycanlı futbolçu ilə çalışıb. O, 2004-cü ildə Rusiya çempionatının birinci dəstəsində yarışan Elistanın “Uralan” klubuna hücumçumuz Samir Əliyevi dəvət etmişdi.
Qeyd edək ki, Ramos “Sevilya”ya ardıcıl iki dəfə UEFA kubokunu qazandırdıqdan sonra İngiltərənin “Tottenhem”, İspaniyanın “Real” klubunda olduğu kimi, MOİK-də də qısa müddətli və uğursuz fəaliyyət göstərib. Son turda evdə “Moskva”ya 1:3 hesabı ilə uduzan “hərbçilər” cari mövsümdə artıq üçüncü baş məşqçiyə müraciət edirlər. MOİK braziliyalı mütəxəssis Artur Ziko ilə ötən ayın ortasında, Çempionlar Liqasında yeni mövsümün startı ərəfəsində müqaviləni qarşılıqlı şəkildə pozmuşdu.

0
0