Xaqani Məmmədovun 5075 gün öncə buraxdığı səhv
26.10.2009 - 15:48
Bakının “Neftçi” klubu Vaqif Sadıqovun baş məşqçi postuna qayıdışından sonra ilk qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, 50 yaşlı mütəxəssisin yetirmələri onun rəhbərliyi altında ardıcıl iki məğlubiyyətdən sonra uğursuzluğa son qoyublar. “Qarabağ” və “Qəbələ”yə minimal hesabla uduzan “Neftçi” “Bakı”nı iki cavabsız qolla məğlub edib. Bu, Sadıqovun “Neftçi”yə qayıdışından sonra həm ilk xalı, həm də ilk qələbəsi olub. Baş məşqçi karyerasına flaqmanda başlayan Sadıqov bu komandada son qələbəsini 14 il əvvəl qazanmışdı.
1995/96 mövsümünün XIII turunda “Kəpəz”i məğlub etdikdən sonra istefa verən mütəxəssis üçün həmin görüş “Neftçi”dəki son uğur idi. Oyun 1995-ci il dekabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuşdu - 3:2. Bakılıların qollarını Mais Əzimov, İlham Yadullayev və Yaşar Vahabzadə, gəncəlilərin bir qolunu isə Fazil Pərvərov rəqib qapısından keçirmişdi. Digər topun müəllifi isə 14 ildir müəmmalı qalır. O vaxt “Neftçi”də çıxış edən Vüqar İsmayılov topu öz qapısına vursa da, matçın hakimi qolu Ceyhun Tanrıverdiyevin hesabına yazıb. Maraqlıdır ki, həmin oyunu Hakimlər Komitəsinin indiki sədri Xaqani Məmmədov idarə edib. Görüşdən sonra 13 oyuna 10 qələbə və 3 heç-heçə ilə hamıdan öndə olan flaqmanla yollarını ayıran Sadıqov postunu Kazbek Tuayevə vermişdi. Yəqin ki, sözügedən mütəxəssisin “Neftçi”dəki növbəti qələbəsini 14 ilə yaxın gözləyəcəyini heç kim ehtimal edə bilməzdi. Lakin Sadıqov məhz bu qədər, daha doğrusu 166 ay və ya 5075 gün gözləməli oldu və komandası yenə Respublika stadionunda qələbəyə sevindi.

0
0