Daha bir futbolçumuz əsgərliyə yollandı
26.10.2009 - 16:04
Azərbaycan milli komandasının daha bir futbolçusu hərbi xidmətə yollanıb. Apasport.az saytının məlumatına görə, Salyanda qulluq edəcək “İnter”in yarımmüdafiəçisi Cavid Hüseynovun ardından “Neftçi”nin orta sahə oyunçusu Elmar Baxşıyev də əsgərliyə çağırılıb.
Hazırda Mingəçevirdə N saylı hərbi hissədə olan Baxşıyev apasport.az saytına açıqlamasında bunları deyib: “Burada 40 günlük karantində olacağam. Bundan sonra harada qulluq edəcəyimi deyə bilmərəm. Milli komandamızın üzvü olduğumu nəzərə alsaq, AFFA ilə danışıqlar olsa, MOİK-in sıralarında yer ala bilərəm. Mən ali təhsilli olduğumdan, hərbi xidmətim bir il olacağam. Vaxtilə “Xəzər Universiteti” klubunda oynadığım dövrdə eyni adlı ali təhsil ocağında oxumuşam. Magistraturaya da daxil olsam da, müəyyən səbəblərdən oranı bitirə bilmədim”.
29 yaşlı futbolçu hərbi xidmətə gec getməsinə belə izah verib: “Məni əvvəllər də hərbi xidmətə çağırsalar da, möhlət götürülürdü. Məhz buna görə bu yaşa kimi qalmışam. Möhlətin vaxtı qurtardı və bu çağırışda əsgərliyə yolandım”.
Baxşıyev hərbi xidmətdə olmağın onun üçün çətinlik yaratmadığı bildirib: “Yeganə problem məşqdən kənarda qalmağımdır. Əsgərlikdə olanda istər-istəməz fiziki formasını itirirsən. Sonradan bunu bərpa etməyə vaxt gedir. Ancaq əsgərlik mənim üçün çətin deyil. Hər halda, hərbi xidmətdə qulluq etmək, Vətənin keşiyində durmaq hər birimizin borcudur. Hərbi hissənin rəhbərliyinə minnətdarlığını bildirirəm. Burada qulluq edənlər məni görən kimi tanıdılar”.
Qeyd edək ki, karyerası ərzində “İnter”, “Xəzər-Lənkəran” klublarında da oynamış Elmar ötən ilin avqustundan “Neftçi”də çıxış edir. O, yeni baş məşqçi Vaqif Sadıqovun rəhbərliyi altında keçirilən oyunda meydana çıxmadı.

0
0