Svetkov “Simurq”a qol vurmaqdan doymur
26.10.2009 - 17:52
“Xəzər-Lənkəran” klubunun hücumçusu İvan Svetkov 171 günlük susqunluğa son qoyub. Apasport.az saytının məlumatına görə, Unibank Premyer Liqasında qol hesabını VIII turda “Simurq”la ev oyununda (3:0) açan bolqar futbolçu bununla da, 509 dəqiqəlik fasilənin ardından rəqib qapısına yol tapıb. Maraqlıdır ki, Svetkov son qolunu da Lənkəranda məhz “Simurq”a (3:1) vurmuşdu. Ötən mövsümün axırıncı turunun 26-cı dəqiqəsində fərqlənən hücumçu hesabına 15-ci qolu yazmaqla, bombardirlər yarışında uruqvaylı həmkarı Valter Quqlemondan sonra 2-ci olmuşdu.
Uzun müddətdir qol vura bilməyən İvan əsas heyətdə yerini itirməyə başlamış, “Muğan” və “Olimpik-Şüvəlan”la görüşlərdə ehtiyatda qalmışdı. “Simurq”la görüşdə qol vurana kimi əvvəlcə məhsuldar ötürmə verən Svetkov honduraslı komanda yoldaşı Allan Lalinin fərqlənməsinə imkan yaratdı. Yeri gəlmişkən, hesabında 5 qol olan Lalin cari mövsümdə “Xəzər-Lənkəran”ın bombardiridir.
Qeyd edək ki, ikinci mövsümdür “Xəzər-Lənkəran”da oynayan Svetkov “Simurq”a qarşı keçirdiyi hər 3 oyunda qol vurub. O, ilk dəfə ötən ilin sonunda Zaqatalada 2:2 hesabı ilə bitən görüşdə fərqlənib.

0
0